Şeir · Azərbaycan
Qurşanıblar ucdantutma səyliyə,
Qurşanıblar ucdantutma səyliyə, Heç olmasa ondan biri eləsin. Yox elə də alınmırsa, cəhənnəm, Bir gün Elman, bir gün Miri eləsin.
Bu məngənə hamımızı sıxıb ki, Bu laqeydlik evimizi yıxıb ki, Bir yaramaz təpəmizə çıxıb ki, Dərdi könlün müsafiri eləsin,
Çürüdübdü mövzunu da, janrı da.. Toz-dumandı bir bax bizdən anrıda.. Utanmasın, çəkinməsin Tanrı da, Qapazını bir az iri eləsin..
Olmasa da qızıl acı, ləl acı.. Oğlu -qızı kimə gəldi əl açı.. Bu millətə, bu torpağa əlacı, Hansı ölü, hansı diri eləsin..
Əyilməyən başlar gedib biçində, Mənim qanım içməlidi, için də.. Könlüm durub bu çirkabın içində, Ziyarətə hansı piri eləsn..
Yolu azıb ha baharın, ha yazın.. Gedib çatmaz ünvanına ha, yazın, Çıxış yolu yoxudusa Ayazın, Canı çıxsın xara-kiri eləsin.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qursaniblar-ucdantutma-seyliye/