Şeir · Azərbaycan
Qoy birtəhər maydan çıxım,
Qoy birtəhər maydan çıxım, Beş-on günə iyndayam. Qəti qərar verəmmirəm, Təhlükəli oyundayam.
Hər tərəfim qaranlıqdı, Hər tərəfim səssizlikdi. Heç nə yazma,heç nə sorma, Məndə hər gün sənsizlikdi.
Yatammıram,yatanda da, Dəli kimi oyanıram. Bəlkə gündə əlli dəfə, Al qanıma boyanıram..
Nə səhərin dadı qalıb, Səndən sonra..nə gecənin.. Dili olsa nələr deyər, Bilirsənmi bu küçənin..
Yaşayıram əzəlkitək, Qaydaları poza-poza. Darıxanda güc verirəm, Dayanmadan papirosa.
Dözüb duran,durub dözən, Mən tək adam...mən tək kişi.. Baxma belə ayaqdayam, Yaralarım can çəkişir.
Keçdim dərin dənizlərdən, Öz içimdə boğuluram. Mən dünyaya təkrar-təkrar, Sənə görə doğuluram.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qoy-birteher-maydan-cixim/