Şeir · Azərbaycan
Qoy bir azca yaşıl qalsın dünyamız,
Qoy bir azca yaşıl qalsın dünyamız,Xəzan kimi sarılama, sevgilim.Həsrətininİynəsini batırıbMəni belə arılama, sevgilim.
Yollarında ayaqyalın yorturam,Eşqim ilə boy göstərib, artıram,Mən bu ömrü yüzə tərəf dartıram,50-dəyəm, yarılama, sevgilim.
Bir ox idim kamanında bilmədin,Bir ahında, amanında bilmədin,Qiymət verdim, zamanında bilmədin,Yarı "layka, yarı lama" sevgilim.
Dirənmişəm bu həyatın üzünə,Niyə belə tez qaçırsan hüzünə,Başımı kəs çabalayım, düzünə,Ürəyimi yaralama, sevgilim.
Heykəl qoydum ürəyimdə dözümə,Hər deyəndə yaxın durma közümə,Bir zülümnən yamamışam özümü,Məni səndən aralama sevgilim.
Bəlkə bizi Yerdən Aya köçürüm,Qış olmasın qışı yaya köçürüm,Gedək səni "ağlama" ya köçürüm,Gedək mənim "qaralama" sevgilim
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qoy-bir-azca-yasil-qalsin-dunyamiz/