Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qovğalarda ağarmış

Ayaz Arabaçı

Qovğalarda ağarmış qara başın mübarək.. Sənin yeni həyatın,yeni yaşın mübarək.. Küləklərin,çovğunun qarlı qışın mübarək.. Düşmənin sinəsini 44 günə şumlayan,qanlı xışın mübarək.. Vüsalıyla həsrəti bir-birinə qarışmış, çölün-dışın mübarək.. Mübarəkdi Ağdamım, Qayıdışın mübarək..

Saytda dərc olunub