Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qocaman şəhər,

Ayaz Arabaçı

Qocaman şəhər, işıqsız pəncərələr, Kölgələrdə məhəbbət ehtirası.. Bir çəngi saçında sükutun lirası. Rütubətli axşam, abrını itirmiş ölkə.. Uzun səki boyu qara camaat. Əlimdə sol qolumun ağrısı. Havada Silikon dodaqların ölü gülüşü. Gecənin qoynunda Əldən düşmüş fanarın solğun işığı. Saat səkkiz tamam. Nəfəsi yox heykəllərin. Yuxulu addımlarım girdabların dibində...

Mayakovski..

Saytda dərc olunub