Şeir · Azərbaycan
qocalana oxşamır
qocalana oxşamır ürəyimdəki ağrılarım, həmişəki kim cavan görünür. yağlı-ballı xəyallarla doludu ömrüm, amma,yenə də yavan görünür. içimdəki fırtınadan açılmadı gözüm. yağan yağışadı,əsən küləyədi sözüm. vaxtında yada düşmür gözəl şeyləri qorumaq... məndən başqa kim bilər necədi bir eşqin kökü üstündə qurumaq. tərkidünyayam,qapanmışam hücrəmə mənlik deyil,çaylar keçmək,dağlar aşmaq, bu fahişə həyatla ayaqlaşmaq.. hamı çıxıb gedib məndən hər yeri bir boşluq tutub. arzuların məzarında könlümü sərxoşluq tutub. yaxşı ki,həmişəlik məndə qərar tutmadın. yaxşı ki unutdun,yaxşı ki,unutmadın. bu gecə rəhmi gəlib Tanrının illəri geri sayır. gəl bir az məni xəyaldan ayır.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qocalana-oxsamir/