Şeir · Azərbaycan
Qatillər
Qatillərməftunedici baxışlarındanutanmadımı heç.,Utanmadımı heç,bir-birinin sözünü kəsən güllələr..Yerə girmədimiAllah adına göylərə ucalmış minarələr.Yerə girmədimibaşdan ayağa qara geyinmişfarələr.Nağıllardan gəlmiş şahzadəm,Sən,ölümün qeyri-adi gözəlliyini nəqş etdinqəlbimizə.Sən,ölümün ən gözəlini tanıtdın bizə.Xatirəni yad etməkləoturmuşam bu şeirin ayaq ucunda.şəklin gözlərimin bulaqlarında ..Necədi əngin üfüqlərdən baxmaq,Yer üzündəkiucsuz-bucaqsız murdarlıqlara.şərin qulluğunda hazır duraninsanlığa dəxli olmayan varlıqlara.?Səngər qız,bayraq qız, Vətən qızOdlarda yanan ürəklərə irmaqlarımın zümzüməsi.Qəlbi tufanlı, vulkanlı40 milyonumun səsi.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qatiller/