Şeir · Azərbaycan
Qarınlar,buxaqlar sallanmışdılar,
Qarınlar,buxaqlar sallanmışdılar, Köpəklər doyunca yallanmışdılar.. İgidlər təzədən allanmışdılar, Axına qoşulub.. Çiynimdə od tökən iyulun kürkü, Bir də hökm eləyən boğucu bürkü.. Və bir də pusquda bir neçə tülkü, Başqa da heç nə.. Sulandı,cücərdi yaşıl duyğular, Uçub hayandansa yox oldu qular.. Batdı çıxdığıtək yeraltı sular. Əlimdən nə gələrdi. Yox oldu üzümə vuran o şölə.. Bir şeir hönkürdüm tam ölə-ölə.. Dəniz, ləpələri tüpürdü çölə, Toz-duman içindəydim. Sonra buza döndü qabağımda çay, Elə bil gərildi içimdə bir yay, Xəstəhal üzünü gizləmişdi ay, Qara bir buludda.. Deməli ən ağır kədər beləymiş, Yaşandı yaşanan hədər..beləymiş.. Yoldaşım dedi ki,qədər beləymiş.. Al,bu suyu iç.. Bir uzun gecəydi,sabah yox idi.. Qəfildən yarandı,.. bir ah yoxuydu, Allahı çağırdım Allah yoxuydu. Külək dəli kimi uğuldayırdı...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qarinlar-buxaqlar-sallanmisdilar/