Şeir · Azərbaycan
Qarnına baxanlar elə bilirlər,
Qarnına baxanlar elə bilirlər, Oturub bostanda kələm kef çəkir. İçib qanımızı mey əvəzinə, Şümürlər,yezidlər hələm,kef çəkir.
Hərə bir ağadı,hərə bir kətta, Boş qalıb papaqlar şəhərdə-kənddə, Qanımnan qurduğum bu məmləkətdə, Tülküm hökm oxuyur,dələm kef çəkir.
Düşüb ortalığa beş-altı babı, Tamamən üzülüb canıımın tabı, Yoxdu dərdlərimin sayı-hesabı, İçimdə nə qədər ələm kef çəkir.
Durub hər cinahda baş-başa ranqlar, Hücuma keçməyə hazırdı tanklar, İt kimi hürüşür üstümə banklar, Faiz at oynadır,sələm kef çəkir.
Ağlım diş çıxardıb,hədik də qoyub, Ceyranım əlimi tətikdə qoyub, Məni Ərzurumda gədikdə qoyub, Gedib İstambulda lələm kef çəkir.
Udur söz uğrunda bütün cəngləri, Solmur ilhamımın yaşıl rəngləri, Öpür bircə-bircə ağ vərəqləri, Mənim əvəzimə qələm kef çəkir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qarnina-baxanlar-ele-bilirler/