Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qara külək, qara tufan çəkilsin,

Ayaz Arabaçı

Qara külək, qara tufan çəkilsin,Ürəklərdə həyat eşqi qaynasın..Torpağında qızılgüllər əkilsin,Qırılmasın qəlbimizin aynası..Sağdan-soldan,bir balaca gəzdir əl,Dünya bir az kirdən-pasdan yuyulsun.Mən bilmərəm, görünməz gəl,görün gəl,Hər nəfəsdə təzahürün duyulsun.Beş- on sözdü zəhləsini tökdüyüm,Görürsən ki, yox işim yox, bir ayrı.Adil deyib, ətəyinə çökdüyüm,Təmənnam yox,xahişim yox bir ayrı..Elə et ki, izi-tozu qalmasın,Elə et ki, zəlil olsun nadanlar.Torpağımı bəlalara salmasın,Qırılmasın körpə-körpə fidanlar.Hər ağrıya, hər acıya bel əyib,Dərdimizi içimizdə daşıdıq.Sinəmizi məzar yeri eləyib,Bu günəcən ağrlarla yaşadıq.Uddu getdi neçə-neçə oğulu,Uddu getdi qara-qanlı davalar..Nə olsun ki, hər gün günəş doğulur,Dumanlıdı başımdakı havalar.Hərdən sənə itirirəm inamı,Mən də belə allahsızam,incimə.Laqeydliyin elə yıxır binamı,Qırılıram-tökülürəm içimə..Susdur, sussun şərin qanlı silahı,Qəlbimizdə dövr eləsin qan, ancaq.Səndən bircə təvəqqem var İlahi,O dünyada şəhidlərə yaxşı bax.Yaxşı saxla himayəndə onları,Hər birinin qayğısına yaxşı qal.Bu dünyada zülmət oldu yolları,O dünyada yollarına şəfəq sal.Yollarını uzaqlara salıblar,Onlar bizdən uzaqdılar, İlahi.Ataları boynubükük qalıblar,Anaları yazıqdılar, İlahi.Dəli kimi düşdüm dilə-ağıza,Bir ağladım, dönüb bir də ağladım.Mən bu şeri hönkürdükcə kağıza,Hər misrada, hər sətirdə ağladım.Bu dünyada gün görmədi heç biri,O dünyada keflərini çağ elə.Deyirəm də caizdisə-təbiri,Barı orda canlarını sağ elə.Pul-parayla, kasıblıqla sınama,Ürəkləri nə istəsə qoy olsun..Nakam gedən oğulları qınama,Mələklərdən düz-qoş elə, toy olsun..Ürəyimi qübar deşir, dərd deşir..Tanrım, məni xoş vaxtına sal eşit,

Saytda dərc olunub