Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qaçıb isti yuvasında gizlənib,

Ayaz Arabaçı

Qaçıb isti yuvasında gizlənib, Tərlan bizim, tülək bizim tərəfdə.. İki gündü ulaması dayanmır, Nə axtarır sülək bizim tərəfdə..

Qapıları yaxşı-yaxşı bağlayaq, Xatirələr paslanıbsa yağlayaq, Bəlkə gedib siz tərəfdə ağlayaq, Sonra gəlib, gülək bizim tərəfdə..

Çətin yata , çətin sönə bu hücum, Pozulubdu söyüş söymək orucum, Kim yatıbdı siz tərəfdə yavrucum, Kim oyaqdı bilək bizim tərəfdə.

Buymuş elə sağ gözümün atmağı, Öz əlimin öz qanıma batmağı, Getdi daha ipə-sapa yatmağı, Qan eləyir fələk bizim tərəfdə.

Bu tufanda nə xəyaldı, etmisən, Bir də düşün,qərarında netmisən.? O gün üstdən tanknan keçib getmisən, Qalmayıb ki, ürək bizim tərəfdə..

Sığınmışam sevgisinə, ərkinə, İnanmıram bir kəlməmə bərkinə, Bir "hə" denən minim gəlim tərkinə, At oynadır külək bizim tərəfdə..

Saytda dərc olunub