Şeir · Azərbaycan
Öz içimdə batıb gedən harayam,
Öz içimdə batıb gedən harayam, 40 otaqlı, çilçıraqlı sarayam, Ağamsa, ağ, qarayamsa, qarayam, Bilən bilir, bircə rəngli şairəm..
Dünyanı çox vecinizə almayın, İşinizdən-gücünüzdən qalmayın, Sözlərimi zarafata salmayın, Oxlu-yaylı, top tüfəngli şairəm.
Boyun büküb durmamışam dalanda, Heç kim məni suçlayammaz yalanda, Yəni belə cəsarətə qalanda, Cəsarətli, şir biləkli şairəm.
Bir yolçuyam haq yolunu tək gedən, Lap yüz olsun, lap min olsun şəkk edən, Elə güclü şerim yoxdu bərkgedən, Yəni belə, təkcə şəkli şairəm.
İşindədi ömür adlı çarx, ağam, Başım üstə cəllad kimi qırx ağam, Mən əslində dovşan kimi qorxağam, Baxan deyir qurd ürəkli şairəm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/oz-icimde-batib-geden-harayam/