Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nə qədər haraylasam,geri qayıtmaz o an,

Ayaz Arabaçı

Nə qədər haraylasam,geri qayıtmaz o an,Yadımda da yoxdu ki,salıb harda itirdim..Bu gecə son varağın öpüb dodaqlarından,Onun adı yazılmış bir kitabı bitirdim.

Eniş-yoxuş bilmədim,yürüdüm necə gəldi,Sanırdım ki,yoldu də,nə sərhədd var, sədd var.Bu sevda elə-belə sevdalardan deyildi,Ortada göz yaşıtək daşdan keçən sənəd var.

Sevdim candan-ruhacan,sevdim səsdən-ünəcən,Bir gündə neçə dəfə ona könlüm acıxdı..Yox,heç dəyişmədim mən ilk gündən son günəcən,O isə dalğa-dalğa çəkilib yoxa çıxdı..

Yetərincə gözəldi,yetərincə ağıllı,Amma eşq ağıl üçün,təfəkkür üçün deyil.Bilmədi ki,onunçün bir ömürəm nağıllı,Sevgi ürək üçündü,təşəkkür üçün deyil..

Bu gün xatirələrlə keçdi günümün çoxu,Xatırladım elə hey..gözəl idi,gənc idi.Geriyə nə qaytarar yayından çıxan oxu,Bu mənasız həyatda yeganə güvənc idi..

Saytda dərc olunub