Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nə quyruq bulamaq gəlir əlimdən,

Ayaz Arabaçı

Nə quyruq bulamaq gəlir əlimdən, Nə də ki,özümü yala atıram. Bəzi şeylər var ki, qorumaq üçün, İçimdə min dənə çala atıram.

Ölsəm arzulama,sən məni dəlim, Bir daha dünyaya nə üznən gəlim, Heç cürə yetişmir dəymişə, əlim, Selbəmi qovzayıb kala atıram..

Ağayam, nökərəm, bəyəm, kəttayam, Bir gün piyadayam,bir gün atdayam, Bir uzun qələmnən muşqulatdayam, Urusun məsəli "vala" atıram...

Çox kitab oxudum həyat barədə, Bir sarsaq fikir var hər ibarədə, Oturub dərd adlı br idarədə, Ömrü yarpaq-yarpaq dala atıram..

Ruhum bir canannan olub həmahəng, Gəlib sifətimə bir balaca, rəng, Arvad soruşanda kimnəndi "o" zəng, Hər dəfə qorxudan "bala" atıram))...

Saytda dərc olunub