Şeir · Azərbaycan
Nə qədər əl çalıb oynamaq olar,
Nə qədər əl çalıb oynamaq olar, Adımız hər yerdə şit kimi gedir. Bir sonu olmazmı abırsızlığın, Dəyərlər cırılıb çit kimi gedir.
Gəl gedək dərdləşək bir az sərində, Adam çox üzdükcə batır dərində, İndi məmləkətin efirlərində, Çaqqal ulaşması hit kimi gedir.
Hər sözə əl boyda qulaq şəklənir, İçim sıxıldıqca ruhum təklənir, O kişi dediyin köstəbəklərin, Çoxu elə-belə vid kimi gedir..
Bu təpik izidi,bu qırmanc izi, Testə buraxıbdı buraxan,bizi, Daşdan çıxardırıq çörəyimizi, İşimiz hələ ki,bit kimi gedir..
Bir tanı Tanrını a bəy,a kətta, Azca tamahının ucunu qatta, Bəxt məni 100 metr uzaqdan hətta, Görəndə daş dəymiş it kimi gedir...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ne-qeder-el-calib-oynamaq-olar/