Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Möcüzədir hər tərəfi ölkəmin,

Ayaz Arabaçı

Möcüzədir hər tərəfi ölkəmin, Boş yerə nöş, hansısa pirdən yazım.

İlk, ovumun siftəsi pis gəlməyib, Başlamışam atmağa tirdən, yazım.

Girməyə hər yerdə uzun növbə var, Vaxtıdı, qoy, bir sürü "gir" dən yazım.

Bəlkə vəfa etmədi ömrüm dədə, Bildiyimin hamsını birdən yazım.

Dəysəm əgər xətrinə şahənşahın, Onda gərək şeri Sibirdən yazım.

Bilsə qəfil hər kəsi şok eyləyən, Gizli qalan bir neçə sirdən yazım.

Qəlb evi gül bağçasıdı şairin, Mən necə kindən və kibirdən yazım.

Çaqqalı vəsf etməyə yoxdur kefim, Gəlsin öpüm, min dəfə şirdən yazım.

Dəftərə artıq, qələmim qan qusur, Mən nə qədər peysəri kirdən yazım..

Ənsəmizə çökdüyü gündən bəri, İstəyirəm Formula 1-dən yazım.

Saytda dərc olunub