Şeir · Azərbaycan
Mən onu ilk görəndə düşürdü avtobusdan,
Mən onu ilk görəndə düşürdü avtobusdan, Günəş təzə doğurdu ağ üzdə, belə getdi... Gözlərim heyrətindən 1metr aralandı, Əyilib iki metr, ağız da, belə getdi...
Nəydisə ürəyimi çəkdi sinəmdə dara, İşi-gücü buraxıb getdim,getdisə hara, Havalarda uçurdu dönüb bir qızıl şara, Yeriyirdi elə bil yağ üstə, belə getdi.
Qovub-qovub axırda ilk oxda yaraladım, İnistutdan, kitabdan, qızlardan araladım, Bir axşam da adına bir şeir qaraladım, Külək qapdı əlimdən, kağız da belə getdi.
O qız tək yolum idi o qız tək izim idi. Məcnun qardaşım idi, Kərəm əkizim idi, 28, anamdan son kövrək izin idi, Keçdim 29-a, 30 da, belə getdi.
Təsəvvür eləmirdim mən onsuz anlarımı, Alırdı canlarımı, tökürdü qanlarımı, Payıza saxlamışdım, bütün planlarımı Mən əl tərpədənəcən, payız da belə getdi.
İçində tək bir sual, iri hərflərlə-NƏDƏN. ?.. Dünən bir məktub gəldi, içində cansız bədən.. Mənə heç nə qalmadı o boyda xatirədən, Bir-iki il gözlədi, o qız da belə getdi..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/men-onu-ilk-gorende-dusurdu-avtobusdan/