Şeir · Azərbaycan
Könlün nə istəyir
Könlün nə istəyirtapım gətirim,Ən sərt qayaları çapım,gətirim..Düşürüm səninçüngöydən ayı da,Durdurum ən dəli axan çayı da..Günəşi götürümtacına taxım..Bütün ulduzları saçına taxım.Ətəyi laləliçəmən gətirim,Nə desən,nə desən həmən,gətirim..Dilucu qurucabir sağoluna,Bütün çiçəkləri səpim yoluna..Yox olsun tək bircə istəyin ilə,Yox olsun aradanbu məsafələr..Nə qədər bacarsamboş vədlər verim..Sənə lazımdımı bu uydurmalar,Sənə gərəkdimibu fəlsəfələr..Bir qərib durnatək çənində azım..Ən gözəl şerimi adına yazım..Sənin hər dəqiqən,hər anın olum,Həkimin,təbibibin loğmanın olum.Gün kimi doğduğun bu elə çıxım..Kiminlə istəsən duelə çıxım.Yanından küləklər əsə,qoymayım,Yolunu qar-yağışkəsə,qoymayım.Tikim köynəyini qövsi-qüzehdən,Daraqlar düzəldim saçına mehdən..Sənə Tanrı kimi ibadət edim..Dünyanı tək bizdənibarət edim.Ayağın üzülsün bir anda yerdən..Ağlını çaşdırsınnələr və ..nələr..Sənə lazımdımı bu uydurmalar..Sənə gərəkdimi bu fəlsəfələr..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/konlun-ne-isteyir/