Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Könül daha alıb məni,

Ayaz Arabaçı

Könül daha alıb məni, Sirdaşa-dosta götürmür. Elə güclü səbəb yoxdu, P, p, prosta, götürmür.

Söydüm getdi qəni-qəni, Çox zaydı tale də yəni, Vurub qanadına məni, Bir yüksək posta götürmür..

Kim hörübdü bu hasarı, Sağalmaz yaram, ha, sarı Dərd qopanda mənə sarı, Yerindən asta götürmür,

Yazıb qoydum bu rəyimi, Döndüm haqqa kürəyimi, İndi heç nə ürəyimi, Zabula, Rasta götürmür..

Piyalələr irəfdədir, Hər biri bir tərəfdədir, Zəng vururam bir həftədir, Aqil Abbas da götürmür...

Saytda dərc olunub