Şeir · Azərbaycan
Kəsəcəkdir bu qılınc bil ki, qında da olsa,
Kəsəcəkdir bu qılınc bil ki, qında da olsa,Haqqımız ən xırsızın xırsızında da olsa,Çəkib çıxardacağıq it ağzında da olsa,Səadətə, sevgiyə, haqqa yəmin günləri..
Kim nə deyir boş verin, biz bilirik, nə nədir,Bu ayrı bir sevgidir, bu ayrı bir xanədir,Bu qədər ki, adamlar atəşə pərvanədir,Gün o gündü, mütləqa, şəm və şəmin günləri..
Milyon-milyon qızımnan, oğlumnan bilirəm ki,Hər gecə uydurduğum nağlımnan bilirəm ki,Hətta mən öz olmayan ağlımnan bilirəm ki,Bitəcək bu Vətəndə dərdin-qəmin günləri..
Bayraq eləyəcəyik nə ki, var ipəkləri,Qızılgüllər açacaq, bu yurdun qan ləkləri,Qovub çıxardacağıq yadelli köpəkləri,Bir də yaşayacağıq biz o həmin günləri,
Yetəcək mənzilinə, uzun olsun, ya qısa,Azadlıq bu millətin halal haqqı, payısa,Nə qaldı ki, qardaşım, 28 mayısa,Gəlir beş-altı günə, Məmmədəmin günləri..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/kesecekdir-bu-qilinc-bil-ki-qinda-da-olsa/