Şeir · Azərbaycan
Kəsilibdi zənglərinin arası,
Kəsilibdi zənglərinin arası, Ayırmırsan heç qiymətli anından. Çoxdu mənim ürəyimin yarası, Səmadakı ulduzların sanından.
Səbrim yoxdu nə küçədə, nə evdə, Saxlamısan ürəyimi kösövdə, Əridibdi məni səndə bu sevda, Bir gün məni tapacaqlar qanından.
Qismətimmiş aydan-gündən pay alım, Mübarəkim, ayaqları sayalım, Gecə - gündüz yanındadır xəyalım, Ayrılmır ki, bir saniyə yanından.
Fürsət ki, var tutammasan qaçar, ey, Yox dibilməz dərdlərimə açar, ey, Hansı ulduz səni kimi saçar, ey, İşığını taleyimə danından.
Olacaqmı söylə barı-bəhəri, Yuxum qaçıb dörd dolanır şəhəri, İnanmazsan, tez açıram səhəri, Nə vaxtdı ki, xoruzların banından..
Olur hər gün görüşümüz virtual, Onda da ki, başdan-başa sirr-sual.. İndi məni düşündürür bir sual, Keçərsənmi bu eşq üçün canından...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/kesilibdi-zenglerinin-arasi/