Şeir · Azərbaycan
İşıq ucu görünmür,
İşıq ucu görünmür, Çıraqsızam,şamsızam. Məni menyudan çıxart, Dadsız-duzsuz,tamsızam. Həvəssizəm,təbsizəm, Ruhsuzam,ilhamsızam. Məzəsizəm,meysizəm, Saqisizəm,camsızam. Ümidizəm,üzsüzəm, Arzusuzam,kamsızam. Köçür məni qəlbinə, Yuvasızam,damsızam.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/isiq-ucu-gorunmur/