Şeir · Azərbaycan
İstəsəm gedərəm,
İstəsəm gedərəm, uzaq bir ulduzun işığını tutub, Saatlarla dalı üstə uzanıb, gözlərimi buludlara zilləmərəm. könlümdəki xatirələrin dibini lilləmərəm. Keçərəm gündüzlərin qaranlıq uçurumlarından. gedərəm başım üstə sallanan hörümçək torlarından. Gedərəm təyyarələrin tüstüsünə qarışıb.. dönmərəm.. görməzdən gələrəm Yeri. Alaram əlimdən nəyim varsa, saatımı bir ömür çəkərəm geri. Gedərəm, Qaytara bilməz məni, nə o ağlayan yağmurlar, nə o şeirlər, nə o göz yaşları.. Nə o dalğın-dalğın yeriyən külək. Sən hardasa üşüyürsən indi. İçim nəmli səngər kimidi. Boşuna keçən günlərdən bu günə qədər yalnız xəyalın var.. Uç bir,içindəki qəfəsdən, ünvanıma uğra,xətir sor. Onsuz da hamı kor, hamı kor!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/istesem-gederem/