Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İşi-gücü balaca bir adamam,

Ayaz Arabaçı

İşi-gücü balaca bir adamam, Böyük-böyük dağ haqqında nə yazım.. Ürəyimdə nə qoyub ki,gedəndə, Ötüb-keçən çağ haqqında nə yazım..

Ərimədi buz hasarım,buz aram, Qızıl teştə xatirələr qusaram, Uzaqbaşı bir ah çəkib susaram, Gülü solan bağ haqqında nə yazım..

O ulduzlar göy üzündə yaradı, Yox olmağın son mənzili haradı, Mənim bəxtim əzəl gündən qaradı, Durum sənə ağ haqqında nə yazım..

Saldı məni bir hörümçək girinə, Şirin kimi baxammıram şirinə, Təpə boyda olmayanın birinə, Sinəmdəki dağ haqqında nə yazım..

Boğuluram dəli Kürün içində, Ərimişəm neçə ürün içində, Zəhər kimi bir ömürün içində, Bal haqqında,yağ haqqında nə yazım...

Saytda dərc olunub