Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İllərdi bir ovurd tüpürcək kimi,

Ayaz Arabaçı

İllərdi bir ovurd tüpürcək kimi, Bir qotur dəvənin kövşəyindəyik. Bir dənə samballı həkim tapmırıq, Hamımız əzrayıl döşəyindəyik.

Dəydi doğulmamış haqq dalımızdan, Canavar düzəltdik çaqqalımızdan, Baxıb utanıram saqqalımızdan, Hələ arzuların eşiyindəyik..

Dünyaya təzədən qayıtmaq olmur, Bu şər yuvasında boy atmaq olmur, Niyə bu milləti oyatmaq olmur, Hansı laylaların beşiyindəyik.

Dağıda bilmirəm o qara səddi, Zaman da alçaqdı, tale də bəddi, Beş kilo sümükdü, on kilo ətdi, Bu ömrün nəyinin keşiyindəyik..

Nə gəlsə haq gəlir bu başa dədə, Söz demə qeyrətdən yavaşa, dədə.. Kimi çağırırsan savaşa, dədə, Hərəmiz bir siçan deşiyindəyik...

Saytda dərc olunub