Şeir · Azərbaycan
iki səs var içimdə
iki səs var içimdəbiri həmişə get deyən,biri həmişə qal deyən.biri həmişə ver deyən, biri həmişə al deyən.bir nəfəs darlığım varmetrolarda sıxılıb qalan..küçələrdəyıxılıb qalan.ürəyim tək nəfərlik yerdibir uzaq səfərlik yerdi.darıxıram nə yalan..nə gedənəm, nə qalan.bir vağzal gecəm var,bir gözləmə yorğunluğum..zaman buradayalnız uzanmaq üçündü, uzanıb qapının ağzındakı itin yanına.lənət olsun çöldəki soyuğunvicdanınabir qatara baxıram hər gecəgəlir, dayanır, gedir..hər dəfə bir başqasıməndən istifadə edir,ya özü minirya kimisə yola salır..cib telefonunu çıxardıraminternetim yox, varsa da ləng..kimdəndi bu gəlməyən zəng..telefonum rəng verib rəng alır,gecə bir başqa ahəng alır..sən nə bilirsəngəlməyən bir qatarı gözləməyinnə qədər uzun olduğunu..Sən nə bilirsən gözlədiyinin özün olduğunu..Sən nə bilirsən sənsiz qalmağısən nə bilirsən özünlə dava salmağı.sən nə bilirsən yaxınlıqdakıpolis bölməsini.və hər gələn səsdəümidin yenidən doğulub ölməsini…içimdə bir vağzal gecə var,haraya getsəmbir platforma var..yüz dayanacaqda gözləməklik norma var.sən də bir gün gəlbu gözləmənin içinə..bəlkə qarşılaşdıqikimiz də eyni andagəlməyən bir qatarın səsində…ayaq səsləri çəkilib gecədən..vağzal işıqları titrəyiryorulmuş göz qapaqları kimi..bir səs gəlir uzaqdansən niyə getmirsəndeyirəm, hara gedimhər yer məni sıxırbütün istiqamətlərbir nəfərin yoxluğuna çıxır..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/iki-ses-var-icimde/