Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

ikinci kursda idik,

Ayaz Arabaçı

ikinci kursda idik, ya bəlkə də üçüydü. ağlım uşaq ağılı, gücüm öküz gücüydü.. sən dedin gəl evlənək, dedim hələ vaxta var. yaz gələndə baxarıq, indi qışdı şaxta var. hətta otaqda belə, soyuqdan əsirik ki, qoy bir qızsın canımız, hara tələsirik ki. dedin yaz da qurtardı, az qalıb yay da çıxır. yayda nikah vaxtıdır? isti adamı sıxır. döz,bir az da döz dedim, ən gözəl şey dözümdü. payızda evlənərik- payızda.. düz sözümdü. payızda son məktubun, gəlib çatdı əlimə. bağışla,ərə getdim- dayım oğlu Səlimə.

Saytda dərc olunub