Şeir · Azərbaycan
Həyat,
Həyat, Allaha and olsun ki, Sənin qəlbindəkilər şəfqət hissləri deyil. Ağız büzmə sözümə, Yaxşıları ucaltmalısan, daim-pisləri deyil.. Cəhənnəm elə getsin, getsin, köpük adamlar, getsin hava adamlar. Tərbiyəsiz- əxlaqsız ağzı yava adamlar. Dağıt , o sərhədləri,rədd elə o sədləri, Qoyma çiçəkləməyə heyvani məqsədləri. Ömrümüzə oturdu səfil yerçi adamlar.. Bu yalançı adamlar, bu alverçi adamlar.. Qaçdım o tinə döndüm, Qaçdım bu tinə döndüm. Bu arxacda az qala çoban itinə döndüm. Həyat,zülmət verdiyin yerlərə bir nur da sal.. Bu qoyun sürüsünün ağzını bir qurda sal
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/heyat/