Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Həyat bir it kimi arzularımın,

Ayaz Arabaçı

Həyat bir it kimi arzularımın, Boynuna ip salıb "hələm",gəzdirir.. Başımda əvvəlki hava qalmayıb, Daha gözəlləri lələm gəzdirir..

Haqqın hüzurunda söz qüsulladım, Köhnə köç yolunda qatır çulladım, Könül dəftərimi cırıb tulladım, İlahi boş yerə qələm gəzdirir..

Çox da çəmən-çəmən,çiçək-çiçəkdim.. Səsimi qorxudan içimə çəkdim... Kimə nə anladıb,nə deyəcəkdim.. Çoxları çiynində kələm gəzdirir.

Bu kimin başıdı "çulqu"ma girib.?. Sözdü də hərlənib hülquma girib, Toz-toza qarışıb,qum-quma girib.. Hərə bir tərəfdə ələm gəzdirir..

Lənət o məzluma,o tiranə,də.. Şükür son nəfəslik bu bir anə,də, Ayaz Arabaçı bu viranədə, Can deyil,ey qardaş,sələm gəzdirir

Saytda dərc olunub