Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Hər nəfəsdə qəlbimizi dağıdan,

Ayaz Arabaçı

Hər nəfəsdə qəlbimizi dağıdan, Neçə-neçə ahlar qoyub getdilər. Dağ vüqarlı, şir biləkli oğullar, Sinəmizdə dağlar qoyub getdilər.

O fidanlar kimin çıxar yadından, Bir daş qaldı hər birinin adından, Kam almamış ömrün-günün dadından, Şirin-şirin çağlar qoyub getdilər.

Günəş doğdu dan yerində qırmızı, Onda hələ payız idi bir qızıl, Hər birisi ürəyində bir qızın, Gülü solmuş bağlar qoyub getdilər.

Sağdan-soldan, soldan-sağdan təhlükə.. Asılmışdıq səbrimizdən bir tükə.. Çiyin verib Vətən boyda bir yükə, Polad kimi tağlar qoyub getdilər..

Bu tarixin hər qatında izləri, Titrəmədi bir döyüşdə dizləri.. Diri-diri öldürdülər bizləri, Gözümüzü ağlar qoyub getdilər..

Saytda dərc olunub