Şeir · Azərbaycan
Hər ömrün başında bir nöqtə durur,
Hər ömrün başında bir nöqtə durur,Ya ucuz adladın, ya baha çəkin.Dünənin işini basın arxivə,Bu günün işini sabaha çəkin..
Heç bir şey qalmayıb öz mizanında,İçim parçalandı sübh azanında,Görün nə qaynayır şər qazanında,Hərəyə bir çömçə tabağa çəkin.
Sinəm xəritədi neçə yaraya,Onsuz da bir adam gəlmir haraya,İstəyir min dəfə ağdan-qaraya,Min yol da qaradan lap ağa çəkin.
Dərdin açarıdı bu yalançı həzz,Taqətim tükəndi ah,qoca körfəz,Harda bir xaraba bayquşu görsəz,Ya saraya soxun, ya bağa çəkin.
Döndərin bir ucdan hamını kora,Çox da özünüzü salmayın zora,Başdan heyfinizi alandan sora,Bir-iki şillə də papağa çəkin.
Dünyanı tam bitli- birəli verin,Görün nə istəyir, şirəli verin,Harda bir alçaq var irəli verin,Harda bir oğraş var qabağa çəkin.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/her-omrun-basinda-bir-noqte-durur/