Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Hər kəsi göylərə sevgi qaldırır,

Ayaz Arabaçı

Hər kəsi göylərə sevgi qaldırır, Hər kəsi torpağa məhəbbət çəkir. Bu dünya məhbəsdi yaranışndan, Bilinmir cəzası nə müddət çəkir..

Günəş də isitmir içi buz ömrü, Quzutək yalayır qədər duz ömrü, Sürüb gedəncən bir ucuz ömrü, Tale qabağına neçə şərt çəkir.

Qovub tutacaqlar dərədə-düzdə, Vurub salacaqlar əllidə-yüzdə, Baxma ki,özünü tox tutur üzdə, Hamı fikir çəkir-hamı dərd çəkir.

İçini döndərmə nahaqdan neyə, Neynəsən belədi,"əlif"-dən "be"-yə, Ortada insanlıq qalmasın deyə, Hamı divar hörür,hamı sədd çəkir.

Sən də yum gözünü,at başını di, Hələlik yuxuynan qat başını di.. Əzrayıl allahın ət maşınıdı, Gecə də gündüz də qoşub ət çəkir.

Qaldı tülkülərə bəbir yerləri, Tükəndi canımdan səbir yerləri, Elə bahadı ki,qəbir yerləri, Adam ölməyə də xəcalət çəkir..

Saytda dərc olunub