Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Həm burunu,həm gözü,

Ayaz Arabaçı

Həm burunu,həm gözü, Həm dişi geydirmədi. Tüklərini yoldurub, Bir "dişi" geydirmədi.

Üzündə yoxdu,yox,su, Bilir min cürə foksu, Silikonu,botoksu, Gər,şişi,geydirmədi.

Puldu yatıb-durduğu, Hiylədi hər qurduğu, Özündən uydurduğu, Vərdişi geydirmədi.

Özgədimi,yaddımı, ərdimi-arvaddımı.. Atdığı hər addımı, Hər işi geydirmədi.

Ürəyim qorranıbdı, Haqq necə zorranıbdı.. Zəmanə korranıbdı- Gərdişi geydirmədi.

Saytda dərc olunub