Şeir · Azərbaycan
Hələ tamam üzməmişik,
Hələ tamam üzməmişik, Aradabir görüşürük.. Beş gün olur,on gün olur, Bitir səbir,görüşürük.
Sökülmədi danım mənim, Fəna axdı qanım mənim, Görüşürük canım mənim, Ahu-bəbir,görüşürük..
İllər yorur ləngləşirik, Süstləşirik,təngləşirik. Demə nə bir zəngləşirik, Demə nə bir görüşürük..
Mən keçmədim,sən keç görüm, Bir gördümmü ki,beş görüm.. Aramızda bir eşq ölüb, Qəbir-qəbir görüşürük..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hele-tamam-uzmemisik/