Şeir · Azərbaycan
Həftə səkkiz,mən doqquz,
Həftə səkkiz,mən doqquz, küsüşmək adət olur.. Bəzən uzun çəksə də,sonu səadət olur. Çəkilmir bu əzablar, neyləsən də çünki,tək. Belə yaşatmamışdın,heç məni bugünkitək. Ərimişdi ümidlər, ürəyimdə qar kimi. Yağdın quraq ömrümə,yağdın buludlar kimi. Əllərim çiçəklədi, dəyən kimi yaxana. Bənzəyirdi gözlərin ,bir cüt günəbaxana. Sən yenə könlü xürrəm, sən yenə üzügülər. İntihar eləmişdi,bütün umu-küsülər. Bürümüşdü qollarım, dörd yanını qoşuntək. Çıxardırdım həsrəti,ürəyimdən qurşuntək. Gözün də oxuyurdu,kipriyin də,qaşın da. Bir ovuc dumanıydım, qayaların başında. Titrəyirdi qıçlarım,ildırımötürəntək. Qəfil vurub çıxmışdı,sinəmin üstə ürək.. Sən adlı bir dünyada,gəzirdim qədəm-qədəm. Məndən alıb nəfəsi,əsirdi yellər bu dəm. Damarımdan axırdı,qanım tünd şərab kimi, Dolurdum-boşalırdım,dibi deşik qab kimi. Günəş kimiydin-Günəş..işığı heç bitməyən. Nuru heç azalmayan, Şəfəqi heç itməyən...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hefte-sekkiz-men-doqquz/