Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Həkim deyir, bilirsənmi şair sən,

Ayaz Arabaçı

Həkim deyir, bilirsənmi şair sən, Gecə-gündüz ürəyini yeyirsən- Bir az qəmdən, bir az dərddən kənar dur.

Bilmirsən ki, nə düşünür içində, Uşaq kimi hər adama inanma, Çalış bir az yalan vəddən kənar dur..

Onsuz da ki eşidən yox sözünü.. Boz dumana qərq eləmə özünü, Həə, bir də siqaretdən kənar dur.

Pozulmasın işlərinin nizamı, Bacardıqca nadanlardan uzaq gəz, Bacardıqca pisdən, bəddən kənar dur.

Cavan yaşda qocalığı haqladır, Damarların anasını ağladır, Hər fürsətdə duzdan, qənddən kənar dur.

Baxma ki,ey allı-güllü şəhərdi, Qidaları ucdantutma zəhərdi, Get bu gündən yağdan, ətdən kənar dur.

Qədimlikdə, ululuqda "Azıx" san.. Bir medal al, tax yaxana yazıxsan, Nə düşübsən ,siyasətdən kənar dur..

Saytda dərc olunub