Şeir · Azərbaycan
hədəf bəlli olsa da,
hədəf bəlli olsa da, heç nə yoxdu atmağa. elə ona görə də, davam edək yatmağa.
olsun də gün-güzəran, qan olsun-irin olsun. təki bizim yuxumuz, şirindən-şirin olsun.
dərdi-dərdə calayıb, qəmi-qəmə düzməyək. axırı yaxşı olar, özümüzü üzməyək.
başımızı qoruyaq, ucuz söz davasında. gedir toy danışığı bu matəm havasında.
qoyaq bəxti-taleyi, bir ahın ümidinə. buraxaq hər nə varsa, Allahın ümidinə.
qəpik-quruş kimiyik, hərə bir şeydən çıxır. Allah sandığmızın, içindən şeytan çıxır...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hedef-belli-olsa-da/