Şeir · Azərbaycan
Hədəf mənzil başıdı,
Hədəf mənzil başıdı, Sağ pisdisə,solla get, Heç kimə qulaq asma, Öz bildiyin yolla get..
Həyat acı olacaq, Milçəklərdən bal umma, Ot ye,daş ye,ağac ye, Heç bir kəsdən yal umma.
Boş ver bütün rənglərə, Ağsansa ağ kimi dur, Dərəsənsə dərətək, Dağsansa dağ kimi dur.
Dünyanı bağrına bas, Qolun çatan qədər quc. Bütün göylər sənindir. Uça bilirsənsə uç.
Ayağını qoyanda, Nə tələs,nə də ləng qoy.. Sınıq könül görəndə, Yarasına çələng qoy..
Allah bilən yaxşıdır, Heç kimə vəkil olma.. İki seçimin olsa, Divar ol,şəkil olma.
Ürəyini fərəh tut... Dərman bilib ye dərdi.. Onsuz da bu dünyada, Hamı gəldi-gedərdi...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hedef-menzil-basidi/