Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

heç vaxt

Ayaz Arabaçı

heç vaxtbu günki kimi oxumamışdıqəfəsdəki bülbül..bülbül,nə bülbül,bülbüli-karantin.karantin,nə karantin,karantini -türmə.türmə,nə türmə,"eşqi- məmnu"..gözlər tamam su içində..nəmnu.. nəfəs belə almır qızılgül kolları..körpünün altındanşəhərə kimi polis tutub yolları..polis,nə polishər biri bir qaymaqçiçəyi.çiçək nə çiçək-anlata bildimmi gerçəyi..yuxuludur ağac başında qarğalar..bu ağır gündə də xalqı soyur darğalar.böyrəklərimdə qumlar tərpənirxışş-xışş..papağını götürüb getmir qış..qış nə qış,zülmü-zimistan,vurmayanda çıxmaq olmur yasdan.bir maşın şütüdü bomboş trasdan..bu gün iki dəfə kəlləmayallaq gəldiminandığım vədlərin təpəsindən.titanikləri batırmasını istəyirəm,gölməçə ləpəsindən..sən hardasan,göydələnin hansıdırpəncərinin yerini de daş atım,ürəyini bir təzədəm qanadım.hara gedir inkişafın maşını..ayın on səkkizinə kimi qat görək başını.bu koronovirusunbir sevgilisi olaydı özü kimideyəydi səndən başqabirisinə baxsam gözüm çıxsın.bir adam yoxdu ki,könlümü sıxsın..mən burdasözümün başındayam,sən mənə ilham verməyədavam elə,İlahi.

Saytda dərc olunub