Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Haqdan əyilibdi dəvənin beli,

Ayaz Arabaçı

Haqdan əyilibdi dəvənin beli, Min at da qoşulub çəkə, düzəlməz. Özünü boş yerə şəhid eləmə, And olsun Allaha, əkə, düzəlməz.

Yazıqsan bir azca nəfsini şişlət, Gələcək gözündən o eyş, o işrət, İstəyir on beş ton "ariel" işlət, Adına saldığın ləkə düzəlməz.

Oturub dərdləşdim o gün lələmnən, Hər gün uğraşırıq dərdnən-ələmnən, Vallah bu faiznən, borcnan, sələmnən, Cırtdana əl boyda kökə düzəlməz.

Bir quru canım var, haqqa müntəzir, Mənimçün nə şah var, nə xan,nə vəzir, Çox da ki, ortada şir kimi gəzir, İtdən arabaya kölgə düzəlməz.

Düşməz yüz il keçə, gün, quzeyinə, Nə ağla qiymət var, nə də zehinə, And olsun Leninin movzoleyinə)) Bu cür adamlarnan ölkə düzəlməz.

Saytda dərc olunub