Şeir · Azərbaycan
Haqq qapısı açıqdı,
Haqq qapısı açıqdı, İçi dolu palçıqdı, Doşab aldım, bal çıxdı, Bal alsam nə çıxardı..
Ölümü də həyat san, Boşunadı o ad-san, Nə vaxt şeytannan atsam, Zərimə, "sə" çıxardı.
Gəldi bir əyri adam, Yalançı tərif dadan, Əl atıb əlifbadan, Bir dənə ə çıxardı.
Yazardım kağız olsa, Açardım, ağız olsa, O qız yaxşı qız olsa, Dilindən "hə" çıxardı.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/haqq-qapisi-aciqdi/