Şeir · Azərbaycan
Hamı çarəsini uzaqda gəzir,
Hamı çarəsini uzaqda gəzir,Dərdini yaxında olanla bölmür.Nə qədər dərində dəfn eləyirsən,Məhəbbət o qədər dirilir,ölmür..
Nə bir yol yağışlar yuyub aparır,Nə bir yol küləklər əyir qəddini.Dayanıb ömrünün sonuna qədər,Qoruyur əskərtək öz sərhəddini..
Sağ çıxır hər dəfə alovdan-oddan,Bir kərə üşümür şaxtada-buzda..Min dəfə silməyə cəhd eləsək də,Ömürlük həkk olur şüurumuzda.
Elə bil hardansa göz qoyur sənə,Gəlib məlhəm olur ağrıya-dərdə.Adını bir dəfə zikr eləyəntək,Ballanır ən acı düşüncələr də.
Gör necə bahaymış,gör necə bir bax,Gözündə dumandı,saçında dəndi.Yəni bir kitablıq söz nəyə gərək,O səndən əvvəlcə səndəki "mən"di.
Uçur sənə sarı kəpənək kimi,Bir çiçək dalında ilişib qalır.Fikrin ev-eşiyə yığışmır heç cür,Onun xəyalında ilişib qalır..
Həyatda ağırlıq mərkəzin odur,Oysa o,nədi ki-yaranın duzu.Onu gözəl-gözəl xatırlamaqdı,Hər yüz unutmaqdan doxsan doqquzu...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hami-caresini-uzaqda-gezir/