Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gör necə də vüqarla başım üstə durmusan,

Ayaz Arabaçı

Gör necə də vüqarla başım üstə durmusan,Yenilməz bir ulusa, yurda tən, uca bayraq.Bəs eləyir rəsminə bircə qızılı misra,Bu torpaq uca bayraq, bu vətən uca bayraq..

Əbədi dalğalanmaq həvəsini duyuram,Ürəyini oxuyur və səsini duyuram,Nəbzini dinləyirəm, nəfəsini duyuram,Məni-mən eyləyənsən, məni-mən, uca bayraq..

O sənin şəhid oğlun, bu sənin şəhid bacın,Mənim sinəmə gəlsin, nə ki, var, ağrın-acın,Dalğalanır Murovun yelində qıvrım saçın,Ətəyi coşqun dəniz, başı çən, uca bayraq.

O zəfərdən anamız Təbrizə də dilərsən,Qanlı göz yaşlarını ətəyinlə silərsən,Kefin harda istəsə dalğalana bilərsən,Qazanmısan bu haqqı, sən ey, sən, uca bayraq..

Qoruyub yaşatmışıq səni qan bahasına,Min-min oğul, min-min ər, min-min can bahasına,Daha nə yazım axı, nə yazım dahasına,Bayraq deyirəm sənə, bayraq, ən uca bayraq..

Saytda dərc olunub