Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gedək bu zülmətin əlindən çıxıb,

Ayaz Arabaçı

Gedək bu zülmətin əlindən çıxıb, Səhərin gözünə dan aparmağa, Şahlara-xanlara layiqəm demə, Qoymaram şah alıb,xan aparmağa.

llərdi üzüldü canım səbirdə, Uzanmaq zülümdü bu dar qəbirdə, Sən o baxışları başlama,bir də, Məndən kənar tutub,yan aparmağa..

Bilsən gərdənində nə mar oynayır, Əlimdə bir sərxoş tumar oynayır, Gözlərin günəşnən qumar oynayır, Yetişib ad alıb,san aparmağa..

Ürəyim umsunub içimdə şişdi.. Həsrətin qanana ömürlük işdi, Qız bu nə havadı,bu nə yerişdi, Başladı yaramı qan aparmağa..

Dönübsən sinəmdə bir ovuc aha.. Nə baha ucuzsan,nə ucuz baha, Sən mənnən görüşə gəlməmisən,ha, Gəlibsən canımdan can aparmağa..

Saytda dərc olunub