Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gedəndə yola saldın,

Ayaz Arabaçı

Gedəndə yola saldın, Çənni-buluddu məni. Ta o gündən-bu günə, Günəş unutdu məni..

Nə günahıydı, elə, Könlün zahıydı, elə.. Kimin ahıydı elə, Yudu, qurutdu məni..

Yalan vədlərə toxam,, Özümə dəymiş oxam, Yoxam, heç harda,yoxam, Həsrətin uddu məni.

On göznən ələmişdim.. Dalınca mələmişdim, Mən özüm eləmişdim, Belə umuddu,məni..

Tanış ürək,tanış ah. Bir dəfə də tanışaq.. Yığdım ki,bir danışaq, Ağlamaq tutdu məni..

Saytda dərc olunub