Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

ən pis şeir..

Ayaz Arabaçı

sən bir gün balaca ləpələridalğalara döndərdin.gözlərini,əllərini,saçlarını misra-misraürəyimə göndərdin.hərəsində bir az varsan deyədəli-dəli buludlara uydum,küləklərə uydum, yağışlara uydum.sənə çiçəklər topladım,hər çiçəkdə nəfəsini duydum.göz yaşların bildim yarpaqlarda günəşi əmibbərq vuran hər damla şehi.bircə sənə açdım yelkənlərimi,çünki bircə səndinrənglərin,çiçəklərin fatehi.quzu kimi oturmuşam bu ömürdə.yeganə müəllimsən ki,dərsində tələbən səs eləmir.səni düşünürəm-getməyə iki ayaq,uçmağa iki qanad,görməyə iki göz,sevməyə bir ürək bəs eləmir.yorulub əldən düşürəm çırpınmaqdano gözəl günlərinqızıl suyuna çəkilmiş qəfəsində.xatirələr cəbhə kimidir,ağır yaralanıb çıxıram hər dəfəsində.mənə qalsakönlümüzün xatirə dəftərlərinin üstünə"toxunma,öldürər" yazmalıdılar.mən səninçün o qədər ölmüşəm ki,keçdiyin hər yerdəqəbrimi qazmalıdılar.mən qabaqlar sözlə deyə bilmədiyimhisslərə uşaq sərsəriliyi kimi yanaşırdım.hamı zülmətdə çaşandamən səndən gələn işıq selində çaşırdım.içində ayrılığın at çapdığıgecələrin öhdəsindən gəlmək olmur,neyləsən belə.hərdən elə çırpınır ki,ürəyim elə... yeddi başlı əjdaha kimi olur gecələr.saat qılınc kimi kəsib tökür bu başlarıamma,nə qədər kəsirsə başı qurtarmır.mənim ürəyimin neçə gözü var,bu qədər ağlayır yaşı qurtarmır.bir gün qurtar məni bu iztirabdan,bu həsrətdən,bu ağrıdan.al yağışlardan,al küləklərdən,yığ küçələrdən adam elə.ya dabiryolluq adımı dodaqlarında edam elə...

Saytda dərc olunub