Şeir · Azərbaycan
Əlimə keçənləri içinə sığışdırıb,
Dostlara söz vermişəm...
Əlimə keçənləri içinə sığışdırıb,Çıxdım tələm-tələsik çantamı yığışdırıb.Tam da çəkilməmişdi gözlərimin yuxusu.Köhnə navalçalardan tökülürdü kirli su.Çox gözəl bir günüydü, baxmayaraq yağışa,Nə yaza oxşayırdı, hava nə də ki qışa.Saat səkkiz olardı ayrılanda şəhərdən,Sinəm toranlamışdı bir balaca qəhərdən.Bir isti sığal çəkib balaca ağ pişiyə,Təpinmişdim dalımca o çıxanda eşiyə.O da bir-iki ağız baxıb miyoldamışdı,(Bu "miyovultu" mənə illər qabaq tanışdı..)Oyanmışdı duyğular hərəsi bir cilvədə,Yolumu gözləyirdi ana çıraq zirvədə..Bir coşqun dəniz kimi sinəm hey qabarırdı,Məni maşından qabaq xəyallar aparırdı.Yoldakı maşınların hamısını ötürdüm,Gəlin kimi bəzənmiş ağacları öpürdüm.Yollar boyu adama rənglər gəl-gəl deyirdi.Hər yamacda süfrə aç otur dincəl deyirdi.Başım çox qarışasnda ecazkar gözəlliyə,Sürət həddini aşıb keçirdim yüz əlliyə.Bəlkə də duyurdular keçirdiyim hissləri,Onunçün saxlamırdı məni yol polisləri.Almışdı qucağına uzun dolama yollar,Yanırdı günəş altda sarı, qızılı kollar.Sahib olmamışdım heç, bu qədər zənginliyə,Ruhum bir şahinsayaq qalxırdı ənginliyə.Min-min barlı-bəhərli bağlar vardı qarşıda,Quşlar,çaylar, meşələr dağlar vardı qarşıda.Dağ küləyi səbrlə xırda-xırda əsirdi,Aradabir yolumu zəif duman kəsirdi.Şeirə çevrilirdi gördüyüm hər yal-yamac..Yeyirdim təbiəti, ruhum çox acıydı, ac..İlahi heyrətimin yoxuydu nəhayəti,Tanrı lütf eləmişdi mənə bu səyahəti.Gördüm Seyid Əzimi qatı dumanda-çəndə,Salamladım ustadı Şamaxıdan keçəndə..Gözüm elə doldu ki,nə isə birdən-birə,İstədim kitab verim qaçım ulu Sabirə..Sonra da birnəfəsə bir neçə şeir deyim,Şirvan oğullarına sabahın xeyir deyim.İsmayıllı yoluna qalxar-qalxmaz dayandım,Bir papiros yandırıb Musa Yaqubu andım..Duydum şair qəlbinin hər bir çırpıntısını,Yığıb ocaq qaladım palıd çır-çırpısını.Gedirdim bir-birindən sərməst günlərə doğru,Batan səslərə doğru, itən ünlərə doğru.Günəşin ətrafında buludlar güləşirdi,Ömrüm bir şərab kimi getdikcə tündləşirdi.Sanki məni yenidən tərtib edirdi həyat,İstədiyim hər şeylə təltif edirdi həyat.Meşədə bir kafedə əylədim dəmir atı,Ayağmın altında göyün yeddinci qatı.Adam ölümsüzlüyə burda tam inanırdı,Çaylar, göllər uzaqda güzgü kimi yanırdı.Müqayisə edərdim onu kosmik gəmiylə,Dayanmışdı önümdə işgüzar görkəmiylə.Keçib getdim ruhumu nəğmələrə bələdən,Mirvari muncuq kimi düzülmüş Qəbələdən.Oğuzda çay süfrəsi açdı Vüsal tələsik..Düzünü desəm, yəni, yox idi əyər-əskik..Evə də dəvət etdi, hətta şah plova da,Dedi əgər istəsəm lap aparar ova da..Çırpınırdı ürəyim, getməyə eldən-elə,Nə dumana baxırdım, nə yağışa, nə selə.Qarşıda gözəl Şəki, şirin ləhcə, Xan Çinar,Bir-birindən ləzzətli, dadlı şirin təamlar.Bu Şəki paxlavası, bu "Dım-dım" halvasıdı,Müştərilər sorşur ,ən yaxşısı hansıdı.Bir- birinə qarışıb əşşi, mən necə deyim,Sənin canuu yeyim, sənin diliu yeyim..Əskiyim çıxmaz ki bəy, kəsim bax dadına da..Kişiyə də yarayır, vallahi qadına da.Yayılır bazar boyu şirin qəhqəhələri.Unudulur hamının bir anda dərdi-səri..Sonra uzanıb gedir yolum beləcə Qaxa,Çapırdıram atımı yollara baxa-baxa..
(davamı olacaq)
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/elime-kecenleri-icine-sigisdirib/