Şeir · Azərbaycan
Əlimi hara atsam, sən çıxırsan qarşıma.
Əlimi hara atsam, sən çıxırsan qarşıma. Ətir kimi hopmusan elə bil üst-başıma. Varsan ömür- günümü nizamlayan düzgüdə. Ya Bir köhnə kitabda, ya bir sınıq güzgüdə.. Əlimi hara atsam..pozulmayan qaydasan. Gah bir udum havada, Gah bir fincan çaydasan. Hər gün azadlığımsan və hər gün də qəfəsim, Səninlə gedib gəlir bu dünyada nəfəsim. Əlimi hara atsam oranı adın bəzər. Pəncərəm səni deyər, divarda kölgən gəzər. Əlimi hara atsam tufan qopar,sel gələr, Küləklərə qoşulub saçından bir tel gələr. Minərəm bir qatara gedərəm səssizliyə, Əlimi hara atsam, toxunar sənsizliyə. Əlimi hara atsam açılar yoxluğuna, Əlimi hara atsam mat qalar çoxluğuna. Üç əqrəbin gözüylə saat baxar divardan, Əlimi hara atsam-"xəbər gəlmədi yardan". Bir ömür qədər uzaq əlçatmayan xülyasan, Əlimi hara atsam, içimdə bir dünyasan. Sənə şeir oxudum gecə yadındadımı.. Sorma ağlım hələ də həmin qadındadımı.. Əlimi hara atsam hər şey özgənin, yadın. Qəlbimə tatulanıb sənin O gündən adın.. Əlimi hara atsam bir qurumuş dəniz var, Əlimi hara atsam, sənsizlikdən bir iz var... Başqa bir qapı döyər, əllərim yanılar da.. Xatirə libasında qalmısan anılarda. Əlimi hara atsam gedib düşər boşluğa, Bir qədəh də mey süzüm bəlkə bu sərxoşluğa.?
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/elimi-hara-atsam-sen-cixirsan-qarsima/