Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Demirəm ki, vurul keç-

Ayaz Arabaçı

Demirəm ki, vurul keç-Demirəm ki,ölüb keç.Özümə çox gəlirəm,Məni bir az bölüb keç.

Gəlməzdi ki, ağlıma,Dərdi basam bağrıma,Ağrımırsan, ağrıma,Heç olmasa gülüb keç.

Ağzı-burnu düşbərəm,Bir də ələ düşmərəm,Gör nə gözəl düşmənəm,Bir ox kimi dəlib keç..

Milyon nəfər düzənlə,Çıx bir səfər düzənlə,Qanlı zəfər düzənlə,Məndən səlib-səlib keç..

Qəm libasdı küçədən,Kirri-pasdı küçədən,Bizim yastı küçədən,Bircə dəfə gəlib keç...

Saytda dərc olunub