Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Demirəm ki,təzədən

Ayaz Arabaçı

Demirəm ki,təzədən Bir də xəyal qur,elə.. Sonuncu şöləsinə Söykənib bu nur,elə.. Bir gün cavab yazmağa Özünü məcbur elə, Hansı yad əllərdəsən...

Yadındadı nə çəkdim, Səni səndən alınca.. Qan düşürdü hər dəfə Kipriyini çalınca, Yenə dönüb baxırmı Bütün şəhər dalınca, Yenəmi dillərdəsən..

Sənəmi zindan deyim, Mənəmi məhbus deyim.. Hayqıranda,məcburam Ürəyimə sus deyim, Mən səni necə təkcə, Bahara məxsus deyim, Bütün fəsillərdəsən..

Qələmi yerə qoydum, Sözün qüdrəti çatmaz.. Cismim unuda bilər, Ruhun cürəti çatmaz.. Gedib heç o illərə İşıq sürəti çatmaz, Çox uzaq illərdəsən..

Saytda dərc olunub